MOİK ağır vəziyyətlə üzləşib
30.10.2010 - 17:22
“Bu məğlubiyyətdən sonra komandamız çox ağır vəziyyətlə üzləşib. Əsas heyətin bir neçə oyunçusu zədə səbəbindən bu oyunda da meydana çıxa bilmədi”. Apasport.az saytının xəbərinə görə, bunu MOİK-in baş məşqçisi Ramil Əliyev deyib.
O, Unibank Premyer Liqasının XI turunda komandasının Tovuzda “Turan”a uduzmasını belə şərh edib: “Əvəzedici heyətin 4-5 futbolçusunu əsas komandaya cəlb etdik. Fikrimcə, bu oyunda 1 xal bizim olmalı idi, heç-heçəyə nail ola bilərdik. İkinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Meydana hücumçu buraxdıq, "Turan" oyunun sonlarında daha iki qol vura bilərdi. Qarşıdakı oyunlarda uğurlu çıxış edib xal ehtiyatımızı artırmağa çalışacağıq”

0
0