Almir Hurtiç: Yaxşı oynayan komanda uduzdu
30.10.2010 - 17:47
“Muğan” klubunun baş məşqçisi Almir Hurtiç Unibank Premyer Liqasının XI turunda AZAL-a məğlub olduqları oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Hurtiç bildirib ki, bu qarşılaşmada yaxşı oynayan komanda məğlub olub: “Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Komandamız yaxşı oynadı, lakin bəzən anlaşılmaz səhvlər buraxırdıq. Saşko Pandev hələ ki, komandaya tam uyğunlaşmayıb. Hədəfimiz ilk “altılığ”a düşməkdir, sona qədər mübarizə aparacağıq”.
0
0