Klub prezidenti üçün qələbə
30.10.2010 - 17:51
“Öncədən də bilirdik ki, gərgin və çətin oyun olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.
AZAL Unibank Premyer Liqasının XI turunda "Muğan" üzərində 2:0 hesablı qələbə qazandı. Süleymanov oyun sonrası mətbuat konfransında qazanılan qələbəni klub prezidentinə həsr etdiklərini söyləyib: “Muğan” mübariz komandadır. Hər iki komanda mövsümə Türkiyədə hazırlaşırdı, ona görə də "Muğan"ın nəyə qadir olduğunu bilirdik. Komandanı qələbə münasibəti ilə təbrik edir və təşəkkür edirəm. Qələbəni klubun prezidenti Vaqif Qasımova hədiyyə edirik”.

0
0