Mirça Rednik meydandan, Qurban Qurbanov hücumçudan şikayətləndi
30.10.2010 - 18:26
“Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridir”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının XI turunda “Qarabağ”ı səfərdə məğlub edərək, turnir cədvəlində liderliyi ələ keçirdi. Oyundan sonra keçirilən mətbuat konfransında rumın çalışdırıcı meydanın vəziyyətindən narazı qalıb: “Qarabağ”ın yaxşı futbolçuları və baş məşqçisi var. Bugünkü oyun gərgin oldu. Meydanın vəziyyəti yaxşı deyildi. Baxımlı oyun izləməsək də, futbolçular meydanda mübarizə apardı”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da matçın ağır keçdiyini bildirib: “Komandalar meydanda sonadək mübarizə apardı. Qapımıza bir zərbə vuruldu, o da qol oldu. Şansımız gətirmədi, oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. Lənkərandakı oyun daha maraqlı olacaq. Vüqar Nadirovun oyunu məni narahat edir. Bu gün oyunun gedişində dəyişiklik edəcəyinə inanırdım, əksinə gündən-günə oyununda geriləmə var”.

- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0