Rauf Mehdiyev: Zədəmlə bağlı ciddi problem yoxdur
02.11.2010 - 13:40
"Son oyunumuz çox ağır keçdi. Özünüzdə gördünüz ki, "Bakı" bizə qarşı xüsusi motivasiya ilə meydana çıxmışdı, çünki bu oyun onlar üçün son şanslardan biri idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rauf Mehdiyev deyib.
34 yaşlı qapıçı klubun rəsmi internet saytına açıqlamasında Unibank Premyer Liqasının XI turunun “Bakı” ilə görüşü zamanı aldığı zədənin ciddi olmadığını bildirib: “Mətbuatda yazırdılar ki, "Bakı" bizi məğlub edəcək, ancaq özümüzü toparlayıb bütün gücümüzlə oynadıq. Bunun nəticəsi idi ki, qələbə qazanaraq liderliyi əldən vermədik. Zədəmə gəldikdə isə qarşılaşmada rəqibin braziliyalı hücumçusu Jaba ilə toqquşarkən, dizim onun dizinə dəydi və ayağımda ağrılar hiss etdim. Həkim müayinəsindən keçdim. Ciddi bir şey yoxdur. Sabahdan etibarən komanda ilə məşqlərə başlayacağam”.

0
0