“Hakimlər təmiz qolları saymırlar, əziyyətimizi yerə vururlar”
02.11.2010 - 14:47
“İkinci dəfə cəzalanmağımdan xəbərim yoxdur. Mən “Şəmkir”lə kubok oyununda hakimi təhqir etməmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Hələ 1987-ci ildə SSRİ yığmasının heyətində Kanadada yeniyetmələr arasında dünya çempionatının qalibi olan Qədirov cari mövsümdə artıq ikinci dəfədir AFFA-nın İntizam Komitəsinin eyni cəzasına məruz qalır. Belə ki, 40 yaşlı çalışdırıcı həm “Şahdağ”la I divizionda, həm də “Şəmkir”lə kubok oyununda hakimi təhqir etdiyi üçün 5 oyun cəzaya məruz qalıb. Maraqlıdır ki, hər iki görüşdə “Rəvan” uduzmasa da, baş məşqçisi hakimlərdən narazılığını gizlətmir.
Qədirov cəzalanmağını haqsız sayır: “Yaxşı bilirəm ki, çempionatdakı cəzamın müddəti hələ bitməyib. Belə olan halda, niyə özümü cəza təhlükəsi ilə üz-üzə qoymalıyam? Ola bilsin hirslənərək, nəsə deyim. Ancaq söyüş olmayıb. Biz bura vaxt öldürməyə yox, işləməyə gəlmişik. Ancaq hakimlər təmiz qollarımızı saymırlar. Bununla da əziyyətimizi yerə vururlar. Bu, “Şəmkir”lə oyunda oldu. Həmin vaxt hesab 1:1, yəni oyunun həlledici anı idi. Mən açıq deyirəm ki, lider “Abşeron”a uduzmamalı idik. Ancaq həmin görüşdə də təmiz qolumuz hesaba alınmadı. Qarşımızda bir məqsəd var – Premyer Liqaya çıxmaq. Bu həftəsonu “Neftçi İSM”lə çətin, məsuliyyətli oyunumuz var. Bütün diqqətimizi həmin görüşə yönəltmişik. İmkan olsa, prezidentimizlə birgə PFL rəhbərliyi ilə görüşüb, haqqımda çıxarılan qərarlar, hakimlərin idarəçiliyi ilə bağlı söhbətləşəcəyəm”.
Qeyd edək ki, “Rəvan”ın “Şəmkir”i 3:1 hesabı ilə yenərək, mərhələ adladığı görüşü Hacıəli Ağayev idarə edib.

0
0