Azərbaycanlı məşqçilərin qazanc mənbəyi müəyyənləşdi
02.11.2010 - 15:08
Unibank Premyer Liqasının I dövrəsində keçirilən 66 matçın 13-də yerli məşqçilərin çalışdırdığı komandalar qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssislərin qarşıdurmasında hamıdan uğurlu nəticəni Arif Əsədov göstərib.
O, yalnız ilk turda “Qarabağ”la heç-heçə etdiyi vaxt xal itkisinə üzülüb. İstefaya göndərilən Sakit Alıyevi də nəzərə alsaq, cari mövsüm Premyer Liqada 6 yerli məşqçi işləyib. Onlardan 5-i heç olmasa 1 dəfə qələbə qazanıb. Bu da Ramil Əliyevin rəhbərlik etdiyi MOİK-in “xidmətidir”. Yerli məşqçilər üçün xal qazanmaq mənbəyi olan “hərbçilər” nəinki bütün rəqiblərinə uduzub, heç qol da vura bilməyiblər.

1 | Arif Əsədov | “Neftçi” | 4 | 3 | 1 | 0 | 12-3 | 10 |
2 | Qurban Qurbanov | “Qarabağ” | 4 | 2 | 2 | 0 | 5-1 | 8 |
3 | Nazim Süleymanov | AZAL | 5 | 2 | 2 | 1 | 4-2 | 8 |
4 | Fuad İsmayılov | “Gəncə” | 5 | 1 | 2 | 2 | 9-11 | 5 |
5 | Sakit Alıyev | “Turan” | 3 | 1 | 1 | 1 | 3-2 | 4 |
6 | Ramil Əliyev | MOİK | 5 | 0 | 0 | 5 | 0-14 | 0 |
0
0