Dmitri Kruqlov “cırtdanlarla” görüşə yollanır
02.11.2010 - 15:35
Dmitri Kruqlov “cırtdanlarla” görüşə yollanır
Bakının “İnter” klubunun estoniyalı futbolçusu Dmitri Kruqlov yığmadan növbəti dəvət alıb. Apasport.az saytının məlumatına görə, sol cinah oyunçusu noyabrın 17-də Lixtenşteyn yığması ilə Tallində keçiriləcək yoldaşlıq görüşünə çağırılıb.

Baş məşqçi Tarmo Ryuytlu Kruqlovla “Neftçi”də birgə oynamış müdafiəçi Andrey Stepanovu uzun fasilədən sonra yığmaya qaytarıb. Ötən mövsümün ilk dövrəsində “ağ-qaralar”da heyətə düşə bilməyən Stepanov bundan sonra Rusiyanın “Ximki” klubuna keçdi.