“Everton” təkzib edir: Araz Abdullayevlə bağlı qərar verməmişik
02.11.2010 - 16:20
İngiltərənin “Everton” klubu Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevlə bağlı mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Bakının “Neftçi” klubunun rəsmi internet saytı oyunçusunun transferinin razılaşdırıldığını iddia etsə də, bu həqiqəti tam əks etdirmir.
Belə ki, məsələnin izinə düşən britaniyalı həmkarlarımız “Everton” rəsmilərinin mövqeyini öyrənə bilib: “Bu variantla bağlı qəti qərar verməmişik”.
Qeyd edək ki, paytaxt klubunun rəsmi internet saytı Arazın artıq gələn ilin yanvarında İngiltərə Premyer Liqasında oynayacağını yazırdı.

0
0