2 futbolçu “Muğan”dan kənarlaşdırdı
02.11.2010 - 16:35
“Muğan” 2 futbolçu ilə yollarını ayırıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, yarımmüdafiəçi Vüsal Hüseynov və hücumçu Fərrux İsmayılovu komandadan kənarlaşdırılıb. Digər futbolçu Ruhid Udubov isə əvəzedici heyətə göndərilib.
“Vüsal, Fərrux və Ruhidin gedişi ilə bağlı məsələni baş məşqçimiz qaldırdı. Həmin futbolçular onu qane etmir. Biz onlara əvəzedici komandamızda oynamağı təklif etdik. Bunu qəbul edən Ruhid əvəzedicilərimizdə oynayacaq. Ancaq Fərruxla Vüsal bunu istəmədi. Belə olan halda, hər ikisi ilə müqaviləni pozacağıq” – deyə Şirəliyev bildirib.
Qeyd edək ki, yayda “İnter”dən “Muğan”a keçən Usubov daha çox ehtiyatda qalırdı. Vüsalla Fərrux isə 2008-ci ildə Salyan təmsilçisinə keçmişdilər. Onlar vaxtilə əsas heyət oyunçuları olsalar da, sonradan yerlərini itirdilər.

0
0