“Bavariya” və “Çelsi” 1/8 finalda
04.11.2010 - 01:40
“Bavariya”  və “Çelsi” 1/8 finalda
Çempionlar Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi “Bursaspor” ikinci ev oyununda da böyük hesabla uduzub.

Ərtoğrul Sağlamın yetirmələri “Valensiya”nın ardından (0:5) “Mançester Yunayted”dən 3 cavabsız top buraxıb. Bununla, “Bursaspor” debüt etdiyi turnirdə nəinki xal qazana, qol da vura bilməyib. İndi Türkiyə çempionu ən yaxşı halda, 3-cü yeri tutub, Avroliqaya vəsiqə qazana bilər. “Buraspor”la yanaşı, İsrailin “Hapoel” klubunun da ÇL-də mübarizəni dayandırması rəsmiləşdi.

Günün ən məhsuldar oyunu Portuqaliyanın paytaxtı Lissabonda olub. 7 qolun vurulduğu görüşdə “Benfika” hesabda 4:0 irəlidə olsa da, oyunun sonuna yaxın 3 top buraxıb. Ancaq ÇL-də böyük təcrübəsi olan Fransanın “Lion” klubunun bundan artığına gücü çatmayıb.

Turnirin son qalibi olan “İnter” ilk məğlubiyyətini debütant “Tottenhem”dən aldı. Vaqif Cavadovun müqavilə məxsus olduğu “Tvente” Almaniyada “Verder” üzərində qələbəsini günün ən böyük sensasiyası saymaq olar.

“San Siro” stadionunda turnirin ən çox qalibləri olan “Milan” və “Real” üz-üzə gəlib. İspaniyalılar öncə hesabı açsalar da, fasilədən sonra meydana çıxan İnzaqi 2 qol vuraraq, komandasını hesabda irəli çıxarıb. Amma matçın son dəqiqələrində “Kral klubu” məğlubiyyətdən qaça bilib.

Fransa “Marsel”i isə meydan sahibləri “Jilina”nın qapısından nə az, nə çox – 7 cavabsız top keçirib.

“Bavariya” Rumıniyada ÇFR-i, “Çelsi” isə Londonda Moskva “Spartak”ını məğlub etməklə, 1/8 finala yüksəliblər.

2 noyabr

A qrupu
“Tottenhem” (İngiltərə)– “İnter” (İtaliya) - 3:1
Rafael van der Vart, 18; Krauç, 61; Pavlyuçenko, 89 - Eto’O, 80
“Verder” (Almaniya) – “Tvente” (Hollandiya) - 0:2
Cadli, 81; de Yonq, 84

B qrupu
“Benfika” (Portuqaliya) – “Lion” (Fransa) - 4:3
Kardes, 20; Koentrao, 32; 67; Xavi Qarsiya, 43 - Gourguff, 75; Gomis, 85; 90
“Hapoel” (İsrail) – “Şalke” (Almaniya) - 0:0

C qrupu
“Bursaspor” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) - 0:3
Fletçer, 48; Obertan, 73; Bebe, 77
“Valensiya” (İspaniya) – “Reyncers” (Şotlandiya) - 3:0
Soldado, 33; 71; Tino Kosta, 90

D qrupu
“Kopenhagen” (Danimarka) – “Barselona” (İspaniya) - 1:1
Klaudemir, 33 - Messi, 31
“Rubin” (Rusiya) – “Panatinaikos” (Yunanıstan) - 0:0

3 noyabr

E qrupu
“Bazel” (İsveçrə) – ”Roma” (İtaliya) - 2:3
Fray, 69; Şaqiri, 82 - Menez, 17; Totti, 26 (pen); Greko, 76
ÇFR (Rumıniya) – “Bavariya” (Almaniya) - 0:4
Mario Qomeş, 13; 23; 71; Müller, 90

F qrupu
“Çelsi” (İngiltərə) – “Spartak” (Rusiya) - 4:1
Anelka, 49; Droqba, 62 (pen); İvanoviç, 66; 90+3 - Bajenov, 86
“Zilina” (Slovakiya) – “Marsel” (Fransa) - 0:7
Gignas, 12; 21; 55; Heynza, 24; Remi, 37; Luço Qonsales, 52; 64

G qrupu
“Oser” (Fransa) – “Ayaks” (Hollandiya) - 2:1
Sammaritano, 9; Langil, 83- Aldervereld, 80
“Milan” (İtaliya) – “Real” (İspaniya) - 2:2
İnzaqi, 68; 77 - İquain, 45; Pedro Leon, 90+4

H qrupu
“Partizan” (Serbiya) – “Braqa” (Portuqaliya) - 0:1
Moyzes, 35
“Şaxtyor” (Ukrayna) – “Arsenal” (İngiltərə) - 2:1
Çiqrinski, 27; Eduardo, 45 - Uolkott, 10