Zeynal Məmmədov: Kimə lazımdır bu qədər legioner?
04.11.2010 - 00:11
“Hazırda komandada vəziyyət çox acınacaqlıdır. “Neftçi” ilə oyunda futbolçularımızı tanıya bilmədim. Uduza-uduza hara gedirik, bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Unibank Premyer Liqasında uğursuz çıxışlarına toxunan klub rəsmisi futbolçulara hər bir şəraitin yaradıldığını bildirib: "Hazırda prezident Hafiz Məmmədov ölkə xaricindədir. Geri qayıtdıqdan sonra futbolçularla və baş məşqçi ilə görüşəcək. Biz isə ötən gün onlarla görüşdük. Söhbətimiz bir neçə saat çəkdi. Yaranmış vəziyyəti soruşub, dedim ki, niyə oynamırsınız, nəyiniz çatışmır? Hər şeylə maraqlandım, fikirləşdim ki, bəlkə nəsə olub, biz bilmirik? Amma Joel Epalledən başqa heç bir futbolçu danışmadı. Hamısı başını aşağı salıb dayanmışdı. Epalle dedi ki, komandanın uğursuz çıxış eləməsini gözləməyib, özünü sübut etməyə çalışacaq. Futbolçuların susmasından hiss elədim ki, özlərində deyillər, fikirləri başqa yerdədir. Axı mən onları əvvəl də görmüşəm, komanda bir balaca öz oyununu itirincə, hamısı dilxor olurdu, narahatlıq keçirirdilər. İndi sanki başqa aləmdədirlər, hələ də nə baş verdiyini bilmirlər. Xəbərdarlığımızı etmişik, "Gəncə" ilə oyun birdəfəlik dönüş nöqtəsi olmalıdır. İkinci dövrəni yüksək səviyyədə keçirməliyik. Qış fasiləsinədək vaxt var. Çempionluq şansımızı hardasa 80 faiz itirmişik. Gərək qalan 11 oyunun hamısını udaq və əsas rəqiblərimizin çoxlu xal itirməsinə ümid edək ki, birinci yeri tutaq. Bu da fantastika kimi bir şeydir”.
Məmmədovun fikrincə, komandası "altılığ"a düşsə böyük işdir: “İnanılmaz dərəcədə çoxlu xal itirmişik. Komandada nə ruh qalıb, nə oyun. Nizam-intizamdan danışmayaq, çünki futbolçular meydanda öz bildiklərini edirlər. Onlar bundan sonra güzəşt görməyəcəklər. Xəbərdarlıq eləmişəm ki, ikinci dövrədə hansı oyunu udmasalar, maaş və mükafatlarından pul tutulacaq. Pulu küçədən yığmırıq ki, bu nəticələrə göz yumaq. "Bakı" həmişə çempionluğa oynayıb, "altılığ"a da düşməyəcəyiksə, nəyimizə lazımdır bu qədər legioner saxlayıb, artıq pullar xərcləyək? Birinci məqsədə nail olmayacağıqsa, qışda legionerlərlə müqaviləni pozacağıq. Əvəzedici heyətdən 5-6 gənci götürüb, oynadacağıq. Kifayət qədər yüksək pul alan legionerlə uduzuruqsa, qoy, o uşaqlarla uduzaq. Yenə bilərik ki, gələn mövsümə qədər "bişərlər", Premyer Liqanın həyəcanını yaşayarlar. Mənə hələ də məlum deyil ki, bu futbolçular və məşqçilər niyə belə edirlər. Hamısını cərimələyəcəyik".
Vitse-prezident Vinfred Şaferin baş məşqçi vəzifəsində qalıb-qalmayacağına da aydınlıq gətirib: "Bu haqda qərarı yalnız klub prezidenti verir. Baş məşqçi bu uğursuzluqdan çox təsirlənib və özünü günahkar sayır. Əlbəttə, komanda bu gündədirsə, Şafer bir nömrəli günahkardır. Ona ümidimiz sonsuz idi. Ancaq gələndən bəri mən komandadan bir dəfə də normal oyun görməmişəm. "Bakı" heç vaxt 3 oyunda ardıcıl məğlubiyyət almamışdı. Hətta "Dinamo" da bu vəziyyətə düşməyib. Hafiz müəllim klub üçün hər şey edib, ən yaxşı şəraiti yaradıb. Prezidentimiz bizdən heç nə istəmir. Bircə təki ona mənəvi dəstək olaq. Komandanın dalbadal hamıya uduzması Hafiz müəllimə pis təsir edib. Onun da bir səbri var. Şaferə növbəti şansı vermişik. Görək qarşıdakı turlarda özünü necə göstərəcək".

0
0