Qurbanov 50 dəqiqəlik oyunun 19 dəqiqəsini oynadı
04.11.2010 - 09:49
Türkiyə Bank Asiya I Liqasında təxirə salınmış “Samsunspor” və “Mersin İdman Yurdu” komandalarının görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Yüksel Yeşilovanın bıçaqlanması səbəbindən yarımçıq dayandırılan qarşılaşma saxlanıldığı - 40-cı dəqiqədən start götürüb.
Qonaqların yeni baş məşqçisi Nurullah Sağlam 50 dəqiqə oynalınan matçda həmyerlimiz İlqar Qurbanova da şans verib. Qarşılaşmanın 71-ci dəqiqəsində Faruku əvəzləyən təmsilçimiz son 19 dəqiqədə meydanda olub.
Matç 1:1 hesabı ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində ev sahiblərinin heyətində Zenke fərqlənib. Xatırladaq ki, sentyabrın 13-də 40-cı dəqiqədə qarşılaşma təxirə salınarkən “Mersin İdman Yurdu” hesabı açmışdı. Qarşılaşmanın 25-ci dəqiqəsində Şehmus qonaqları hesabda önə keçirmişdi.

0
0