Yığmamızdan növbəti qələbə
04.11.2010 - 10:35
Yığmamızdan növbəti qələbə
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri SC “Reqensburq” klubunun nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə qarşılaşıblar. Millimiz bu qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Olya Sioşvili, Aliyə Vəliyeva və Şəfəq Nəsirova fərqlənib.

Qeyd edək ki, millimiz Almaniyada SV “Leonberq”ə 2:4 hesabı ilə uduzsa da sonradan VFB “Reqensburq” və “Ziqetsdorf”u müvafiq olaraq 5:0 və 7:0 hesabları ilə məğlub edib.

Mənbə: affa.az