“Marsel” Çempionlar Liqasının tarixinə düşdü
04.11.2010 - 10:46
Çempionlar Liqasının qrup mərhələsinin IV turu yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Marsel” 1992-ci ildən yeni format və adla keçirilən yarışın tarixinə düşüb.
Slovakiyada “Jilina” ilə qarşılaşan Didye Deşamın yetirmələri meydan sahiblərinin qapısından 7 cavabsız qol keçiriblər. Bu turnirin tarixi ərzində rəqib meydanında qazanılan ən böyük hesablı qələbədir. İndiyədək heç bir komanda səfərdə belə böyük fərqlə qalib gəlməmişdi.
Qeyd edək ki, turnirin ümumilikdə ən böyük hesabı 8:0-dır. Buna Türkiyənin “Beşiktaş” klubunu darmadağın edən İngiltərə “Liverpul”u nail olub.
Ən böyük hesablı səfər qələbələri
0:7 – “Jilina” (Slovakiya) - "Marsel" (Fransa) (2010/11)
0:5 – “Verder” (Almaniya) – “Porto” (Portuqaliya) (1993/94)
0:5 - “Qalatasaray” (Türkiyə) – “Çelsi” (İngiltərə) (1999/2000)
0:5 - “Şturm” (Avstriya) – “Valensiya” (İspaniya) (2000/01)
0:5 - “Deportivo” (İspaniya) – “Monako” (Fransa) (2004/05)
0:5 - “Bazel” (İsveçrə) – “Barselona” (İspaniya) (2008/09)
0:5 – “Sportinq” (Portuqaliya) – “Bavariya” (Almaniya) (2008/09)
Ən böyük hesablı qələbələr
8:0 – “Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) (2007/08)
7:0 – “Yuventus” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) (2003/04)
7:0 – “Arsenal” (İngiltərə) – “Slaviya” (Çexiya) (2007/08)

7:1 – “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) (2006/07)
7:1 – “Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) (2008/09)

0
0