Millinin futbolçuları test verəcək
04.11.2010 - 11:00
Azərbaycanın U-16 və U-19 yığmaları fiziki hazırlıq üzrə test verəcək. Apasport.az saytının məlumatına görə, noyabrın 6-da saat 14:00-da 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının, noyabrın 8-də, saat 10:00-da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fiziki hazırlıq üzrə testləri keçiriləcək. U-16-nın testi “Bakı”nın təlim-məşq bazasında, U-19-unku isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0