İnzaqi avrokubokların bombardiri oldu
04.11.2010 - 11:08
“Milan”ın futbolçusu Filippo İnzaqi Çempionlar Liqasının (ÇL) bombardirləri siyahısında mövqeyini yaxşılaşdırıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu Madrid “Real”ı ilə ev oyununda (2:2) etdiyi dublla ukraynalı Andrey Şevçenkoya çatıb.
İndi hər 2 hücumçunun hesabında 46 qol var. Fərq ondadır ki, İnzaqi buna yalnız “Milan”da, Şevçenko isə 3 klubda nail olub. Özü də onlar arasında “Milan” da var. Karyerasının ən yaxşı illərini orada keçirən Andrey Filippo ilə uzun müddət hücumda tərəfdaş idi. Özü də Şevçenko italiyalı həmkarını ehtiyata göndərmişdi.
Qocalmaq bilməyən Filippo “Real”la matçın ikinci hissəsində Ronaldinyonun yerinə meydana çıxdı və yenə qolçuluq bacarığını nümayiş etdirdi. Ona iki qol vurmaq üçün cəmi 10 dəqiqə yetərli oldu.
İndi Filippoya siyahıda irəliləmək üçün imkan yaranıb. Çünki Şevçenko, habelə irəlidə olan Tyeri Anri və Ruud van Nistelroy hazırda ÇL-də oynamırlar. Lider Raul Qonsalesin mütləq rekordu isə hələ xeyli müddət əlçatmaz qalacaq. Hər halda, siyahıya nəzərə alsaq, ispaniyalı hücumçu ilə izləyiciləri arasında fərqin böyük olduğunu görmək olar. İnzaqi dublu ilə avrokubokların bombardiri oldu. Hesabında 70 qol olan hücumçu Raulu arxada qoydu.
ÇL-in ən yaxşı bombardirləri (təsnifat mərhələsi nəzərə alınmadan)

yer | Futbolçu | ÇL-də oynadığı klublar | qol |
1 | Raul | “Real”, “Şalke” | 68 |
2 | Ruud van Nistelroy | PSV, “Mançester Yunayted”, “Real” | 56 |
3 | Tyerri Anri | “Monako”, “Arsenal”, “Barselona” | 50 |
4-5 | Andrey Şevçenko | “Dinamo” Kiyev, “Milan”, “Çelsi” | 46 |
| Filippo İnzaqi | “Milan” | 46 |
6 | Alesandro del Pyero | “Yuventus” | 41 |
7 | Fernando Moryentes | “Real”, “Monako”, “Liverpul”, “Valensiya” | 33 |
8 | Didye Droqba | “Marsel”, “Çelsi” | 31 |
9-12 | Patrik Klyuvert | “Ayaks”, “Barselona” | 29 |
| Lionel Messi | “Barselona” | 29 |
| Dabid Trezeqe | “Monako”, “Yuventus” | 29 |
| Roy Makay | “Deportivo”, “Bavariya” | 29 |
0
0