Sissoko Türkiyə klubunun hədəfində
04.11.2010 - 11:37
Sissoko Türkiyə klubunun hədəfində
“Fənərbaxça” dövrələrarası fasilədə heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Superliqanın arxada qalan hissəsində zirvədən uzaq düşən İstanbul təmsilçisi Məhəmməd Sissokonu heyətində qatmaq istəyir.

Malili futbolçunun çıxış etdiyi İtaliyanın “Yuventus” klubu ilə danışıqlara başlayan “Fənərbaxça” rəhbərliyi 25 yaşlı yarımmüdafiəçinin keçidini həll etməyə yaxındır. Belə ki, turinlilər də yeni oyunçular almaq üçün Sissokonu satmaq istəyir.

Qeyd edək ki, Sissoko “Yuventus”a qədər “Valensiya” (İspaniya) və “Liverpul”da da çıxış edib.