Premyer Liqada fasiləsiz mübarizə: Çempion liderlə sınağa çıxır
04.11.2010 - 12:14
Unibank Premyer Liqasında dövrələrarası fasilə olmadığından mübarizə davam etdirilir. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turu fərqli gündə başlayacaq. Yəni XII tura adət etdiyimiz kimi şənbə yox, cümə günü start veriləcək. Bu da “Qarabağ”la “Neftçi”nin ev oyunlarını eyni stadionunda keçirməsi ilə bağlıdır. Hələlik rəqiblərini ölkənin baş arenasında qəbul edən ağdamlıların MOİK-lə görüşü bir gün əvvələ çəkilib və bu turun açılış matçı olacaq.
Növbəti gün Respublika stadionunda turun mərkəzi oyunu keçiriləcək. Çempionluğa iddialı “Neftçi” ilə “İnter” Bakı derbisini təşkil edəcək. Lider “Neftçi” son çempion olan həmşəhərliləri üzərində ilk dövrədə səfərdə inamlı qələbə qazandı. Bununla da “İnter” cari mövsümdə ilk məğlubiyyətini aldı. Ötən mövsüm ölkə kubokunu da nəzərə alsaq, bu komandalar arasında 6 görüşdə üstün olan “bankirlər” cari çempionatda ilk dəfə Respublika stadionunda oynayacaq.
“Neftçi”nin ən yaxın izləyicisi “Xəzər Lənkəran”ı Qəbələdə çətin oyun gözləyir. Hər halda, lənkəranlılar ilk dövrədə “Qəbələ”ni evdə sonda vurduğu yeganə qolla yendi. Bununla da rumıniyalı Mirça Rednik ölkəmizdə ilk qələbəsini, onun ingilis həmkarı Toni Adams ilk məğlubiyyətini almışdı. “Qəbələ” mövsümə uğursuz startdan sonra toparlanaraq, turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı. Hazırda 6-cı pillədə olan qəbələlilər “altılıq”da qalmaq üçün ev oyunlarından maksimum nəticə qazanmalıdır.
Uğursuzluq zolağından çıxa bilməyən “Bakı” Gəncəyə böyük ümidlərlə yollanır. Son üç oyunda məğlubiyyətləri sıralayan “zolaqlılar” nəhayət, özündə güc tapıb, tilsimi qırmalıdır. Ancaq “Gəncə”nin evdə inamlı təsir bağışladığını, ən əsası, uduzmadığını nəzərə almasaq, qələbə asan olmayacaq.
Ən yaxşı mövsümünü keçirən AZAL öz meydanında qonaq olacaq. Bu da onunla bağlıdır ki, Zaqatalanın “Simurq” klubu bu turda rəqibini “Şəfa” stadionunda qəbul edəcək. AZAL isə artıq xeyli müddətdir ev oyunlarını bu arenada qəbul edir. Yəni komandalar ilk dövrədə görüşdükləri “Şəfa”da yenidən üzləşəcək. “İnter”lə oyuna çıxmaqdan imtina etdiyin görə üç əsas futbolçusu – litvalı müdafiəçi Paulius Paknis, yarımmüdafiəçi Tofiq Mikayılov və gürcü hücumçu Baçana Sxadadzeni qovan “Simurq” heyətini bir qədər də zəiflətdi. Özü də Baçana komandanın bombardiri idi və zaqatalalıların indiki heyətlə nəyə qadir olduğu güclü rəqiblə oyunda görünəcək.
Salyanda isə turnir cədvəlində qonşular görüşəcək. “Muğan” ən yaxın izləyicisi olan “Turan”ı qonaq edəcək. Cari mövsümdə ilk qələbəsini ötən həftə qazanan tovuzlular xeyli müddətdir buna nail olmayan rəqibdən üstün olmağa çalışacaq. “Turan” ardıcıl ikinci qələbəsini qazanarsa, “Muğan”la xalları bərabərləşdirərək, onu qabaqlayacaq. Çünki Tovuz klubu şəxsi oyunda salyanlılardan üstün olacaq.
5 noyabr
14:00. "Qarabağ" - MOİK
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0
6 noyabr
14:00. "Simurq" - AZAL
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Habil Əliyev, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:2
14:00. "Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun – 0:1
14:00. "Muğan" - "Turan"
Hakimlər: Ceyhun Haşımov, Munis Abdullayev, Roman Vasilyev, Hacıəli Ağayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:1
14:00. "Gəncə" - "Bakı"
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, Aydın Ələkbərov, Elvin Əsgərov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1
16:00. "Neftçi" - "İnter"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Eldar Nağıbəyov, Vüsal Əliyev

İlk dövrədəki oyun – 2:0
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (Neftçi) - 12

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 11 | 8 | 2 | 1 | 25-6 | 26 |
2 | Xəzər Lənkəran | 11 | 7 | 3 | 1 | 13-5 | 24 |
3 | İnter | 11 | 7 | 1 | 3 | 9-8 | 22 |
4 | AZAL | 11 | 6 | 3 | 2 | 16-6 | 21 |
5 | Qarabağ | 11 | 5 | 3 | 3 | 12-7 | 18 |
6 | Qəbələ | 11 | 4 | 3 | 4 | 8-7 | 15 |
7 | Gəncə | 11 | 3 | 6 | 2 | 17-15 | 15 |
8 | Bakı | 11 | 3 | 3 | 5 | 12-15 | 12 |
9 | Muğan | 11 | 2 | 4 | 5 | 6-11 | 10 |
10 | Turan | 11 | 1 | 4 | 6 | 9-17 | 7 |
11 | Simurq | 11 | 1 | 3 | 7 | 9-19 | 6 |
12 | MOİK | 11 | 1 | 1 | 9 | 4-24 | 4 |

0
0