Toni Adams: Bəziləri özlərini yaxşı tərəfdən göstərirlər, bəziləri yox
04.11.2010 - 13:26
“Keçid mövsümündə bütün futbolçulara şans verəcəyimi demişdim. Bəziləri özlərini yaxşı tərəfdən göstərdi, amma istədiyimi ala bilmədiyim oyunçular da var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Cari mövsümdə Qəbələnin eyni adlı komandasına başçılıq edən ingiltərəli mütəxəssis başa çatan I dövrəni dəyərləndirib. O, ümidləri doğruldanların adlarını da açıqlayıb: “Futbolçuların çıxışından razıyam. Yayda heyətə cəlb etdiyimiz oyunçulardan Şasa Yunisoğlu, Nodar Məmmədov, Branimir Subaşiç artıq yığma komandaya dəvət alırlar. Deon Burton, Stiv Olfers, Terri Kuk qələbələrimizə öz töhfələrini veriblər. Ümumi götürəndə, yayda etdiyimiz transferlərdən razıyam. Onlar komandaya kömək edirlər”.
Təbii ki, qış fasiləsi yaxınlaşdıqca, diqqətlər klubların transfer siyasətinə yönəlib. İngiltərə futbolunun canlı əfsanəsi fasilə zamanı heyətə yeni oyunçular dəvət edib-etməyəcəyinə də aydınlıq gətirməyib: “Həmişə demişəm ki, bütün mövqeləri gücləndirmək lazımdır. Bunun üçün gərək əlində olan kadrlardan daha yaxşısını tapasan. Əgər qışda daha səviyyəli futbolçular görsəm və onlar “Qəbələ”yə gəlməyə razılıq versələr, niyə də olmasın”.
Ancaq baş məşqçi seçim edərkən futbolçunun yerli və ya əcnəbi olmasına fərq qoymur: “Qəbələ”də yerli və ya əcnəbi anlayışı yoxdur. Hamıya eyni gözlə baxırıq. Əsas odur ki, transfer edəcəyimiz futbolçu hazırkı heyətdə olanlardan güclü olsun”.

0
0