Mourinyo: “Real” bəzi şeyləri öyrənməlidir
04.11.2010 - 14:02
Mourinyo: “Real” bəzi şeyləri öyrənməlidir
“Mənə elə gəlir ki, komandam hələ bəzi şeyləri öyrənməlidir. Məsələ ondadır ki, Çempionlar Liqası ilə digər turnirlərin oyunları bir-birindən fərqlənir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo deyib.

Çempionlar Liqasının “Milan”la İtaliyadakı matçında 1 xalla kifayətlənən (2:2) qonaqların baş məşqçisi yetirmələrindən o qədər də razı qalmayıb. Mourinyo bildirib ki, öz ölkəsinin vitse-çempionları daha nüfuzlu yarışda oynamağı öyrənməlidirlər: “Bu yarışda çox yüksək səviyyədə oynayırlar. Biz isə ikinci hissədə bunu bacarmadıq. Lakin “Milan”la qarşılaşma əla təcrübə oldu. Bu Pedro Leonun Çempionlar Liqasında ilk matçı idi. Onun qolu isə ilk növbədə komandaya xeyirli oldu”.