Levin: “Neftçi”yə uduzmaq olmaz
04.11.2010 - 15:29
“Bizi prinsipial matç gözləyir. Əminəm ki, oyun çox ağır olacaq”. Apasport.az-ın məlumatına görə, bu sözləri “İnter”in kapitanı Vladimir Levin klubunun rəsmi saytına müsahibəsində deyib.
O, noyabrın 6-da keçiriləcək “Neftçi” – “İnter” görüşündə qələbə üçün oynayacaqlarını bildirib. “Bankirlər”i ən pis halda isə heç-heçə qane edəcək: “Bizə uduzmaq olmaz. Axı, məğlub olduğumuz təqdirdə “Neftçi” bizdən 7 xal uzaqlaşacaq. Bu isə kifayət qədər sanballı üstünlükdür. Qalib gəlməyə, ən azından uduzmamağa çalışacağıq”.
Zədə səbəbindən 3 ay yaşıl meydandan kənarda qalan Levinin artıq çətinlikləri arxada qalıb. O, I dövrənin axırıncı turunda “Simurq”a qarşı forma geyinib. Futbolçunun sözlərinə görə, formasını yenidən bərpa etməkdə çətinlik çəkməyəcək: “Artıq hər şey qaydasındadır, zədə məni narahat etmir. Bu problemlər keçmişdə qaldı. 3 ay oynamadığımdan “Simurq” matç mənə bir qədər qeyri-adi gəldi. Amma düşünürəm ki, hər keçən gün itirilmiş formamı bərpa edəcəyəm və özümün ən yaxşı kondisiyalarıma yaxınlaşacağam. Zaqatala təmsilçisi ilə matça gəlincə, oyun kifayət qədər mürəkkəb alındı. İkinci qolun vurulması oyunu yüngülləşdirə bilərdi, lakin top inadla qapıdan keçmədi. Bununla belə, əsas vəzifəni - qələbə qazanmaq tapşırığını yerinə yetirdik”.

0
0