Yunis Hüseynov “Cəhənnəm”dən danışdı
05.11.2010 - 00:03
“1990-cı ildə “Qalatasaray”la yoldaşlıq görüşü keçirəndə, bu komanda elə də tanınmırdı. “Neftçi” isə SSRİ çempionatının 1-ci dəstəsində oynasa da, “Qalatasaray”dan güclü idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq futbolçusu Yunis Hüseynov deyib.
Karyerasının böyük hissəsini “ağ-qaralar”da keçirən, kapitanı olan keçmiş yarımmüdafiəçi 1990-cı ilin yanvarın 17-də “Əli Sami Yen” stadionunda “Qalatasaray”la 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə iştirak edib. Həmin oyunda “Cim Bom”un qapısına yol tapan Hüseynovu görüşün qəhrəmanlarından saymaq olar: “Hesabı mən açmışdım. Ancaq qolu necə vurduğum yadımda deyil. Bundan sonra “Qalatasaray” bərabərlik topunu vurdu. Ardından biz yenidən hesabda irəli çıxdıq. İkinci qolumuzu kimin vurduğunu xatırlamıram. “Qalatasaray” oyunun sonunda tarazlığı bərpa edə bildi. İndiyə kimi yadımdadır, qapımıza 11 metrlik cərimə zərbəsi təyin edildi və müdafiəçimiz Arzu Mirzəyev buna etiraz etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan çıxarıldı. Oyunun bitməsinə az qalmış daha bir top vurduq. Ancaq təmiz qolumuzu saymadılar”.
“Neftçi” ilə “Qalatasaray”ın Türkiyənin Antalya şəhərində planlaşdırılan yoldaşlıq görüşü gələn ilin yanvarın 7-10-da olacaq. Hüseynov bu dəfə səviyyə fərqinin əksinə dəyişdiyini gizlətmir: “Qalatasaray” indi güclüdür. Ümumiyyətlə, Türkiyə futbolunun səviyyəsi arxada qalan 20 ildə qat-qat yüksəlib. Ancaq bu, futboldur, nəticə əvvəldən bilinmir. Yoldaşlıq görüşü olsa belə, elə əzmkar oynamalısan ki, uduzmayasan. Uduzsan da, sonadək mübarizə aparmalı, layiqli oynamalısan”.
Qeyd edək ki, “Neftçi” “Qalatasaray”la gələn yay Tofiq Bəhramov adına Respublika stadionunda da yoldaşlıq görüşü keçirmək fikrindədir.
Mehman SÜLEYMANOV

0
0