Futbolumuzun başı yaylıqlı braziliyalıları
05.11.2010 - 12:40
Futbolçu karyeralarını Azərbaycanda davam etdirən legionerlər boş vaxtlarını müxtəlif cür keçirirlər. Apasport.az saytının məlumatına görə, müxtəlif klublarda oynayan bəzi futbolçular əylənmək üçün bir araya gəliblər.
Elə okeanın o tayından gələn braziliyalılar da qürbət ölkədə darıxmamaq üçün müxtəlif hoqqalardan çıxırlar. Darıxmamaq naminə onlar hətta başlarına yaylıq bağlamaqdan da çəkinməyiblər.
“İnter”də top qovan Mario Souza, “Xəzər Lənkəran”ın formasını geyinən Dieqo Qusmao, “Bakı”nın şərəfini qoruyan Leonardo Roşa və Juninyo bir araya gələrək, əylənməyə üstünlük veriblər. Onlar rəqs edərkən, başlarına yaylıq da bağlayıblar.
Əslində, bu da başa düşüləndir. Axı klublarımız avrokuboklarda uğur qazana bilmirlər. Yəqin ki, legionerlər də bu səbəbdən xəcalət çəkib başlarını bağlayıblar. Böyük ehtimalla onlar yaylığı o vaxt başlarından çıxaracaqlar ki, klublarımızdan hansısa avrokuboklarda debüt etsin. Təbii ki, təsnifat yox, əsas mərhələsində. Amma deyəsən, bu gedişlə əcnəbilər karyeralarını başlarında yaylıq bitirməli olacaqlar.

0
0