“Xəzər Lənkəran” arzuolunan məkanda
05.11.2010 - 12:49
“Xəzər Lənkəran” arzuolunan məkanda
“Xəzər Lənkəran” Unibank Premyer Liqasının növbəti turunda arzuolunan rəqibin qonağı olacaq. Apasport.az saytının hesablamalarına görə, “Qəbələ” tarixində heç vaxt cənub təmsilçisini öz meydanında yenə bilməyib. Milli çempionatda debüt mövsümündə “Gilan” adı altında çıxış edən komanda “Xəzər Lənkəran”la ölkə kuboku da nəzərə alsaq, 13 oyunda yeganə qələbəni səfərdə qazanıb.

Oyunların balansında aşkar üstünlüyə malik cənublular 3-ü böyük hesablı olmaqla, 8 qələbəni bayram edib. Qalan 3 görüşdə heç-heçə isə eyni hesabla nəticələnib – 1:1. Ümumiyyətlə, Qəbələ “Xəzər Lənkəran” üçün düşərli məkandır. Axı komanda ilk və yeganə çempionluğunu 3 il öncə məhz orada qazanıb.

“Qəbələ”ni cari mövsümə qədər “Xəzər Lənkəran”la bütün oyunlara baş məşqçi qismində Ramiz Məmmədov çıxarmışdı. Ancaq onun ingilis həmkarı Toni Adamsla əvəzlənməsindən, “Xəzər Lənkəran”da isə Ağasəlim Mircavadovu rumıniyalı çalışdırıcı Mirça Rednik dəyişəndən sonra əcnəbi mütəxəssislərin dueli yarandı. Bu, Adamsla Rednikin indiki klublarında debüt oyunları oldu.

“Qəbələ” və “Xəzər Lənkəran” klublarının görüşləri

2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Gilan” – 4:0
“Gilan” – “Xəzər Lənkəran” – 0:3

2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Qəbələ” – 2:1
“Qəbələ” – “Xəzər Lənkəran” – 1:1

Azərbaycan kuboku, yarımfinal
“Qəbələ” – “Xəzər Lənkəran” – 1:3
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1

2008/09 mövsümü
“Qəbələ” – “Xəzər Lənkəran” – 0:1
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:2

2009/10 mövsümü
İlkin mərhələ

“Qəbələ” – “Xəzər Lənkəran” – 1:1
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:0

Final mərhələsi
“Xəzər Lənkəran” – “Qəbələ” – 4:1
“Qəbələ” – “Xəzər Lənkəran” – 1:2

2010/11 mövsümü
“Xəzər Lənkəran” – “Qəbələ”- 1:0