“Qalatasaray”ın təklif etdiyi tarixdə oynamaq çətindir”
05.11.2010 - 13:44
“Komandamızın 1990-cı ildə “Qalatasaray”la keçirdiyi yoldaşlıq görüşündə mən də iştirak etmişəm. “Əli Sami Yen” stadionundakı qarşılaşmada 90 dəqiqə oynamışam. Həmin vaxt müdafiənin sağ cinahında çıxış edirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
“Cim Bom”la 20 il öncə baş tutan yoldaşlıq görüşündə 20 yaşı olan Əsədov indi “ağ-qaralar”ın baş məşqçisidir. İstanbul nəhəngi ilə həm futbolçu, həm də baş məşqçi kimi görüşməkdən böyük şərəf duyan gənc mütəxəssis qüvvələr nisbətinin dəyişməsindən danışıb: “Həmin vaxt biz üstün idik. “Neftçi” SSRİ çempionatının iştirakçısı idi. “Qalatasaray” isə Türkiyədə 10 illik inkişaf proqramı əsasında ilk addımlarını atırdı. O vaxt biz “Qalatasaray”la oyunda favorit göstərilirdik. Sonradan isə vəziyyət dəyişdi. Türkiyədə futbol inkişaf etməyə başladı. SSRİ-nin dağılması isə futbolumuzu geri saldı. Ancaq son 2-3 ildə futbolumuzda inkişaf nəzərə çarpır. Artıq türklərlə başa-baş oynayırıq. “Neftçi”nin yayda “Beşiktaş”la 1:1 hesabı ilə nəticələnən yoxlama oyunu və yığmamızın Türkiyə üzərində son qələbəsi buna bariz nümunədir. Artıq Azərbaycan komandaları da Türkiyə təmsilçiləri ilə ayaqlaşa bilir. Bu, yoldaşlıq görüşü olsa belə, heç nədən çəkinmək lazım deyil”.
“Qalatasaray”la “Neftçi” arasında gələn ilin yanvarın 7-10-da Antalyada yoldaşlıq görüşü planlaşdırılıb. Bizdə həmin vaxt klublar istirahət etdiyindən hazır olmurlar. Elə Əsədov da bu məqama toxunub: “Qalatasaray”ın təklif etdiyi tarixdə oynamaq çətin olacaq. Çünki çempionatımızda fasilədən sonra fevralın 13-də oynayacağıq və həmin vaxt yeni yığışacağıq. Məşqlərə başlamayıb, yeni tibbi müayinədən keçəcəyik. Futbolçularımızın tam müayinədən keçmədən, məşqlərə başlamadan oyuna çıxması problem yaradır. Bizimlə “Qalatasaray”ın hazırlıq planında fərq var. Onlar yanvarın 12-də Türkiyə kubokunda oynayacaqlar və bundan öncə yoxlama matçı keçirmələri mümkündür. Bizdə isə uzun müddətli fasilə yarandığından, futbolçuları bir müddət istirahətə buraxacağıq. Ancaq Antalyada başqa tarixdə, yaxud yığmaların oyunları ilə təqvimdə fasilə yaranan zamanı görüşə bilərik. “Qalatasaray” öz təklifini verdi və biz də müzakirə edib, vaxtı hazırlıq planımızda nəzərə alarıq. Əsas odur ki, iki klub arasında əməkdaşlıq körpüsü açılıb və oyun razılaşdırılan tarixdə olacaq”.
Mehman SÜLEYMANOV

0
0