“Bakı”da yeni idman direktoru – FOTO - YENİLƏNİB
05.11.2010 - 15:15
“Bakı” klubunda yeni təyinat gerçəkləşir. Apasport.az saytının məlumatına görə, AzTV kanalındakı fəaliyyəti ilə tanınan Altay Əliyev paytaxt təmsilçisində çalışacaq.
Həmkarımız bundan sonra “Bakı”da idman direktoru vəzifəsində işləyəcək. Bu ilin yazında televiziyadan uzaqlaşan Əliyevin təyinatının yalnız rəsmiləşməsi qalıb ki, bu da yaxın günlərə təsadüf edəcək.
Yeni işi ilə bağlı Əliyevin mövqeyini öyrənə bilməsək də, klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az-a bildirib ki, təyinat hələ reallaşmayıb: “Digər həmkarlarınız da mənə zəng edib, bu haqda soruşurlar. Onu deyə bilərəm ki, hazırda heç bir şey yoxdur. Məndə məlumat varsa, bu haqda bilgi verirəm. Təyinat olanda rəsmi saytımızda bununla bağlı informasiya yerləşdiriləcək”.

0
0