AFFA-da klublarla görüş keçirildi
05.11.2010 - 14:49
Bu gün AFFA-nın Futbol akademiyasında Lisenziyalaşdırma Qrupunun üzvləri Unibank Premyer Liqasında və I divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan Qrupun rəhbər müavini İlqar Əliyev Lisenziyalaşdırma layihəsinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədovun adından iştirakçıları salamlayıb və lisenziyalaşdırmanın vacibliyini, bu prosesin futbolun inkişafında oynadığı əhəmiyyətli rolu xüsusi qeyd edib. Tədbirdə 2010-2011-ci il lisenziyalaşma mövsümündə əldə olunan nəticələr haqda müzakirələr aparılıb.
Sonra UEFA klub yarışlarında və Premyer Liqada iştirak etmək üçün 2011-2012-ci il lisenziyalaşma mövsümünün açılışı ilə bağlı ətraflı məlumat verilib. Lisenziyalaşma prosesindəki yenilik və dəyişikliklər klub nümayəndələrinin diqqətinə çatdırılıb, lisenziyalaşma prosesinə xüsusi diqqətlə yanaşmaları ilə bağlı klublara tövsiyələr verilib.
Mənbə: affa.az

0
0