“Hafiz Məmmədov nə qədər mülayim insan olsa belə, onun da səbri var”
05.11.2010 - 16:25
“Gəncə” ilə oyundan yalnız qələbə gözləyirəm. Futbolçularla ciddi söhbətimiz olub. Qoy, papaqlarını qabaqlarına qoyub, yaxşı-yaxşı fikirləşsinlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Son 2 mövsümü titula başa vuran “zolaqlılar” əvvəlcə çempionluq, ardından ölkə kubokunu qazandı. Ancaq cari mövsümdə uğursuz çıxış edən “Bakı” ilk dövrəni 8-ci pillədə bitirdi. Komanda rəhbərliyi futbolçular üçün hər cür şərait yaratsa da, oyun, nəticə baxımından bunun qarşılığını görmür. Məmmədov “Gəncə” ilə sabahkı görüşə dönüş nöqtəsi kimi baxır: “Futbolçularda əhval-ruhiyyə yaxşıdır. Şükür Allaha, zədəlilərimiz də yavaş-yavaş sıraya dönürlər. “Bakı” həmişə çempionluq, kubok uğrunda mübarizə aparıb. Ancaq indi mübarizədən kənarda qalsaq, bu, böyük zərbə olacaq. Artıq ikinci dövrə başlayır və futbolçular işlərinə daha ciddi, məsuliyyətli yanaşmalıdırlar. İlk dövrədə çoxlu xal itirmişik. Bunları sığortalamaq, rəqiblərimizə çatmaq üçün qələbələr qazanmalıyıq”.
Vitse-prezident komandadan və yayda böyük ümidlərlə dəvət etdikləri almaniyalı mütəxəssis Vinfred Şaferdən çətin anda xarakter göstərməsini gözləyir. Hər halda, rəhbərliyin uğursuzluğa son qoya bilməyən baş məşqçiyə etimad limiti sonsuz ola bilməz. Elə Məmmədov da bununla razılaşır: “Baş məşqçi məsələsinə prezidentimiz Hafiz Məmmədov qərar verir. Nə qədər mülayim insan olsa da, onun da səbri var. Komanda uğursuz çıxış edə bilər, ancaq bu qədər də yox. Buna son qoyub, qalib gəlmək, xallarımızı artırmaq lazımdır. Baş məşqçiyə kifayət qədər güzəşt edilib. Etimad limiti uzun müddət ola bilməz”.

0
0