Qurban Qurbanov: Rahat oyun oldu
05.11.2010 - 17:00
Qurban Qurbanov: Rahat oyun oldu
“İki fərqli hissə oynadıq. MOİK çempionata yaxşı başlamışdı, liderlərlə oyunlarda mübarizə apardı, yaxşı nəticələri oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XII turunun MOİK-lə oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Oyun bizim üçün rahat oldu. Əsas məqsədimiz 3 xal idi, buna da nail olduq. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Mənbə: pfl.az