II dövrə liderlərin xal itkisi ilə başladı
06.11.2010 - 17:54
Bu gün Unibank Premyer Liqasının XII turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın MOİK-i darmadağın etməsi ilə başlayan turun digər 5 qarşılaşması eyni gündə keçirilib.
Elə bu qarşılaşmalarda da ən çox qazanan Qurban Qurbanovun yetirmələri olub. Belə ki, turnir cədvəlinin üst sıralarında olan 4 komandadan 3-ü xal itirib.
Mərkəzi qarşılaşma sayılan paytaxt derbisində “İnter” “Neftçi”ni məğlub etməyə çox yaxın olsa da, Emil Mpenza “ağ-qaralar”ı xilas edib. Hərçənd digər görüşlərdən gec başlayan bu oyundakı qələbə “Neftçi”ni izləyicilərindən uzağa, “İnter”i isə rəqibinin yaxınlığına apara bilərdi.
Bunda “Qəbələ”nin də rolu az olmayıb. Belə ki, Toni Adamsın yetirmələri “Xəzər Lənkəran”ı əliboş yola salmağı bacarıblar. Qələbə sayəsində durumunu xeyli yaxşılaşdıran qəbələlilər kimi, AZAL da turu 1 qolun gətirdiyi qələbə ilə başa vurub. Bakılılar “Simurq”la paytaxtda keçirdiyi səfər matçındakı 3 xalın sayəsində “Xəzər Lənkəran”a çatblar.
Ardıcıl məğlubiyyətlər seriyasına son qoyan “Bakı” Gəncədə əzmkar qələbə qazanıb. Enişdə olan meydan sahibləri hesabı açdıqları oyunda 3 qol buraxaraq məğlub olublar. Artıq ilk altılığa iddialarının qalması belə inandırıcı görünməyən “Muğan”la “Turan” isə növbəti dəfə meydanı qolsuz tərk ediblər.
6 noyabr
"Simurq" - AZAL - 0:1
QOL: Zohair Benouahi, 29
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Habil Əliyev, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:2
"Qəbələ" - "Xəzər Lənkəran" - 1:0
QOL: Lyubo Baranin, 35
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun – 0:1
"Muğan" - "Turan" - 0:0
Hakimlər: Ceyhun Haşımov, Munis Abdullayev, Roman Vasilyev, Hacıəli Ağayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:1
"Gəncə" - "Bakı" - 1:3
QOLLAR: Ceyhun Sultanov, 12 (pen) - Adnan Bərəkət, 19; Leonardo Roşa, 72; 75
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, Aydın Ələkbərov, Elvin Əsgərov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1
"Neftçi" - "İnter" - 1:1
QOLLAR: Emil Mpenza, 84 - Petar Zlatinov, 61
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Eldar Nağıbəyov, Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:0
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (Neftçi) - 12

1 | Neftçi | 12 | 8 | 3 | 1 | 26-7 | 27 |
2 | Xəzər Lənkəran | 12 | 7 | 3 | 2 | 13-6 | 24 |
3 | AZAL | 12 | 7 | 3 | 2 | 17-6 | 24 |
4 | İnter | 12 | 7 | 2 | 3 | 10-9 | 23 |
5 | Qarabağ | 12 | 6 | 3 | 3 | 15-7 | 21 |
6 | Qəbələ | 12 | 5 | 3 | 4 | 9-7 | 18 |
7 | Bakı | 12 | 4 | 3 | 5 | 15-16 | 15 |
8 | Gəncə | 12 | 3 | 6 | 3 | 18-18 | 15 |
9 | Muğan | 12 | 2 | 5 | 5 | 6-11 | 11 |
10 | Turan | 12 | 1 | 5 | 6 | 9-17 | 8 |
11 | Simurq | 12 | 1 | 3 | 8 | 9-20 | 6 |
12 | MOİK | 12 | 1 | 1 | 10 | 4-27 | 4 |

0
0