“Deportivo”nun menecerləri Rəşad Sadıqovu izləyəcək
06.11.2010 - 11:50
Bu gün Türkiyə Superliqasında növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” “Fənərbaxça” ilə qarşılaşacaq. Məşhur “Şükrü Saracoğlu” stadionunda baş tutacaq qarşılaşmanı İspaniya “Deportivo”sunun menecerləri də izləyəcəklər. Manuel Lopes və Marko Kırdemir oyunçu axtarışına çıxaraq İstanbula gəliblər.
İspaniyalıların səfərində əsas məqsəd Türkiyə yığmasının futbolçusu Semih Şəntürkü izləmək olsa da, digər oyunçular kimi, 28 yaşlı müdafiəçimiz də qonaqların diqqətini cəlb edə bilər. Hər halda, start heyətinə düşməkdə belə çətinlik çəkən Semihdən fərqli, Rəşad əsas heyət oyunçusudur.
Qeyd edək ki, Sadıqov artıq bir dəfə İspaniya klubunun maraq dairəsinə düşüb. O, vaxtilə “Valyadolid”in düşərgəsinə yollanaraq baxışda olsa da, klubla müqavilə bağlaya bilməyib.

0
0