2006-cı ilin ən yaxşı futbolçusu “Xəzər Lənkəran”a gəlir
06.11.2010 - 12:43
Rumıniya milli komandasının daha bir futbolçusu karyerasını Azərbaycanda davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, “Styaua” klubunda forma geyinən Romeo Surdu “Xəzər Lənkəran”a transfer olunmaq istəyir.
Cənub təmsilçisinin rumıniyalı baş məşqçisi Mirça Rednik bildirib ki, bu keçidin təşəbbüskarı 26 yaşlı hücumçunun özüdür: “Surdu mənimlə telefon söhbətində “Xəzər Lənkəran”da oynamaq istədiyini bildirib. Mən də ona qışadək gözləməyi məsləhət gördüm”.
Qeyd edək ki, karyerası ərzində “Styaua”dan başqa ÇFR və “Braşov”da oynamış Surdu Rumıniya yığmasında ötən il debüt edib. Əvvəllər isə 21 yaşadək futbolçularda ibarət millinin şərəfini qoruyub. 2006-cı ildə Romeo Rumıniyada ilin ən yaxşı gənc futbolçusu adını qazanıb.

0
0