“Heç kim Vaqif Cavadova görə ona irad bildirə bilməz”
06.11.2010 - 14:24
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunun uğurları “zanbaqlar ölkəsi”ndə müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, ötən il tarixində ilk dəfə çempion titulunu qazanan Enshede təmsilçisinin yenə zirvədə qərarlaşmasına hollandiyalı həmkarlarımız da biganə qalmayıblar.
Onlar bunu klubun prezidenti Yoop Munstermannın düzgün sistem qurması ilə izah ediblər. Həmkarlarımızın fikrincə, məhz bunun sayəsində daha böyük büdcəyə malik PSV və “Ayaks”ı arxada qoymaq mümkün olur.
Ağdamın “Qarabağ” klubundan transfer olunub, 8 ay ehtiyatda qalan Cavadov kimi yanlış transferlərə də toxunan hollandiyalılar bu səhvlərin uğurların kölgəsində qaldığını düşünür: “Munstermanın futbola baxışları çox dəqiq və sərtdir. Onun transfer siyasətini süzgəcdən keçirsək, Roman Dennebum, Vaqif Cavadov, Nəşət Əkrəm, Bernard Parker, Yussuf Hersi, Mark Yanko kimi oyunçulara görə heç kim ona irad bildirə bilməz. Hərçənd onlara uyğun olmadıqları milyonlar xərclənib”.
Qeyd edək ki, 2010-cu ilin yanvarında “Tvente”yə transfer olunan Vaqif avqustdan etibarən “Bakı” klubuna icarəyə verilib.

0
0