Rəşad Sadıqovun ulduzu
07.11.2010 - 13:47
Rəşad Sadıqovun ulduzu
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçimiz “Fənərbaxça”ya qarşı çempionat qarşılaşmasının iştirakçısı olub. Rəşad “Şükrü Saracoğlu” stadionunda keçirilən və meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatan matçda 90 dəqiqə forma geyib.

Türkiyə mətbuatı yığmamızın kapitanının oyununu o qədər də yüksək qiymətləndirə bilməyib. Həmkarlarımız onun 45-ci dəqiqədə vurulan 3-cü qol zamanı topu uzaqlaşdıra bilməməsini vurğulayıblar. Futbolçulara ulduzla qiymət verən media nümayəndələri Rəşada ən aşağı 1 veriblər.

Ümumiyyətlə “Əskişəhərspor”da meydana çıxan futbolçulardan yalnız 4-ü daha yüksək – 2 ulduzla qiymətləndirilib. Digərləri isə Sadıqov kimi tək ulduzla barışıb. Oyunçulara rəqəmlə dəyər verən jurnalistlər də Rəşadı çoxluqdan ayırmayıb. Onun 3 komanda yoldaşının 6, 1-nin 4 aldığı matçda həmyerlimiz və digər “Əskişəhərspor”lular 5-ə layiq görülüb.