Araz Abdullayev, Devid Bekhem və “transfer şayiələri”
08.11.2010 - 15:07
“Neftçi” klubunun futbolçusu Araz Abdullayevin “Everton”a mümkün transferi Böyük Britaniyada da müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, ingilis həmkarlarımız qış “transfer pəncərəsi” dövründə Premyer Liqa təmsilçilərinin gerçəkləşdirə biləcəyi mümkün keçidlər haqda yazı hazırlayıblar.
“Transfer şayiələri” adlanan yazıda ingilis komandalarının maraq dairəsində olan digər futbolçularla yanaşı, Arazın da adı var. Onun yanvarda “Everton”da peyda ola biləcəyini istisna etməyən həmkarlarımız bəzi ulduzları da həmin siyahıya aid ediblər.
Belə ki, MLS-dən qış fasiləsində vətənə dönməsi gözlənilən Devid Bekhem, İtaliyanı “Dumanlı Albion”a dəyişməyə yaxın olan Canluici Buffon, əksinə Britaniyadan gedəcəyi ehtimal olunan ispaniyalı Sesk Fabreqas da Abdullayevlə bir arada “şayiələr”in özəyini təşkil ediblər.

0
0