Çernoqoriya – Azərbaycan oyunu 2 kanalda
08.11.2010 - 15:56
Çernoqoriya – Azərbaycan oyunu 2 kanalda
Azərbaycan millisinin Çernoqoriya ilə noyabrın 17-də səfərdə keçirəcəyi yoldaşlıq görüşü canlı yayımlanacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq oyun AZ.TV və “İdman Azərbaycan”da birbaşa göstəriləcək. Yayım AFFA-nın tərəfdaşlarından olan “Access Bank”ın sponsorluğu ilə həyata keçiriləcək.
Qeyd edək ki, yığmamızın buna qədər bir sıra oyunları AFFA-nın digər tərəfdaşı - “Azercell”in sponsorluğu ilə reallaşmışdı.