Rəşad Sadıqovla bağlı fikir ayrılığı
08.11.2010 - 16:26
“Əskişəhərspor” azarkeşlərinin Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovla bağlı fikirləri məlum olub. Apasport.az saytının məlumatına görə, Superliqanın “Fənərbaxça” ilə oyununda o qədər də xoş təsir bağışlamayan futbolçumuz fanatları tərəfindən yaxşı qarşılanmayıb. Elə bu səbəbdən də azarkeşlər internet forumlarda Rəşadın necə oynamasını müzakirəyə çıxarıblar.
Hərçənd, hələ ötən tur başından zədələnən Sadıqov bu dəfə də oyunun gedişində yıxılıb yerdə qalmış, matçda qısa fasilə yaranmasına səbəb olmuşdu. Onun bu vəziyyətdə oynamasına göz yuman fanatlar Rəşadın 2:4 hesablı məğlubiyyətinə fərqli yanaşıblar.
Forumda həmyerlimizi müdafiə edənlər də olub: “Hər futbolçunun pis günləri olur. Rəşad da bunu yaşadı. Əvvəlki 3 matçda hamımız bəyənmişdik. Hətta əsəbiləşirdik ki, niyə Rza Çalımbay belə futbolçunu oynatmayıb. İndi nə olub ki, bir qarşılaşmadakı səhvlərinə görə biletini əlinə verib yola salırıq? Sadıqovu müdafiə etməyə çalışırıq, amma gözlərimiz Vuçkonu axtarır. Vuçko oynayanda isə gözlərimiz Sadıqovu axtarır”.
Rəşadla bağlı sərt mövqe tutanlar isə bir oyunla bağlı fikir yürüdüblər: “Səviyyəsi məlum oldu. Onun yeri ikinci dəstədir... Yetər! Bu da dərdimizə dərman olmaz. O, bir futbolçudur, vəssalam”.
Komandanın problemlərinə daha qlobal yanaşan azarkeşlər isə 1-2 futbolçu ilə məsələnin həll olunacağına inanmır. Onlar qınaq obyektinə çevirdikləri rəhbərlikdən daha sərt addımlar tələb edirlər: “Hamısı rəhbərliyini günahıdır. Zapotoçnı kimi futbolçu alsaydılar, belə olmazdı. Təcili surətdə lazım olan nöqtəyə oyunçu alınmalıdır. Yoxsa ki, bu adamın ustalıq səviyyəsi elə budur da. “Əskişəhərspor”dan bir komanda olmayacaq”.

0
0