Okan Buruk Türkiyə yığmasına qayıtdı
08.11.2010 - 16:48
Tanınmış türkiyəli futbolçu Okan Buruk milli komandaya qayıdıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”da çıxışı ilə tanınan və yarım il öncə futbolçu karyerasını başa vuran 37 yaşlı keçmiş yarımmüdafiəçi bu gün yığmanın koordinatı kimi fəaliyyətə başlayıb.
Baş məşqçi Qus Hiddink Okanla danışıqları nəticəsində onun komandasına qatılmasına qərar verib. “Ay-ulduzlular”da 102 oyun keçirən Buruk bu ilin mayında ABŞ-dakı təlim-məşq toplanışında Çexiya ilə yoldaşlıq görüşündə rəsmən futbolla vidalaşmışdı. Həmin vaxt Türkiyə yığmasında debüt oyunlarını keçirən Hiddink Okana vəzifə təklif edib. O, Avro-2012-nin seçmə mərhələsində yığmamıza Bakıda 0:1 hesablı məğlubiyyətdən sonra bir sıra islahatlara başlayıb.
Qeyd edək ki, Okan “Qalatasaray”la UEFA kubokunu, yığma ilə dünya çempionatının bürünc medalını qazanıb.

0
0