“Qarabağ”da futbolçu problemi
08.11.2010 - 17:22
“Qarabağ”da futbolçu problemi
Ağdamın “Qarabağ” klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov hazırlıq keçməyə futbolçu tapmır.

Belə ki, ehtiyat oyunçular skamyasının qısa olmasından əziyyət çəkən “Qarabağ” əsas heyətin 12 üzvü ilə məşq etmək məcburiyyətində qalıb. Kifayət qədər transfer etməyi lazım bilməyən gənc mütəxəssis 5 futbolçunun millinin toplanışında olması və eyni sayda zədəlinin düşərgədə yer alması üzündən bu çətinliklə üz-üzə qalıb.

Qeyd edək ki, “Qarabağ” noyabrın 13-də keçirəcəyi növbəti oyunda “Bakı” ilə qarşılaşacaq.