Berti Foqts mətbuat konfransı keçirəcək
08.11.2010 - 17:28
Berti Foqts mətbuat konfransı keçirəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis noyabrın 10-da saat 18:00-da isə “Aeroport otel”də təşkil olunacaq tədbirdə suallara cavab verəcək. Bundan başqa, noyabrın 17-də Çernoqoriya ilə keçiriləcək yoldaşlıq oyununa hazırlıq məqsədilə təşkil edilən təlim-məşq toplanışında iştirak edən yığmamızın açıq məşqi də nəzərdə tutulub. Belə ki, həmin gün saat 15:00-da, Zabrat qəsəbə stadionunda millimizin mətbuat üçün açıq məşqi keçiriləcək.

Mənbə: affa.az