Yankoviç: AFFA futbolun inkişafı ünün xeyli layihələr həyata keçirir
08.11.2010 - 17:57
Yankoviç: AFFA futbolun inkişafı ünün xeyli layihələr həyata keçirir
“Bakıdakı seminarın bizim üçün faydalı olduğunu düşünürəm. Başqa federasiyalardan olan həmkarlarımızla görüşdüyümüz üçün məmnun olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Serbiya Futbol Federasiyasının Kütləvi Futbol departamentinin rəhbəri İqor Yankoviç deyib.

UEFA Bakıda keçirdiyi “Azərbaycanda Kütləvi Futbol” mövzusunda seminarda iştirak edən Yankoviç gördüklərini yüksək qiymətləndirib: “Düşünürəm ki, Azərbaycandakı infrastrukturla tanış olmaq bizə təcrübə baxımından çox faydalı olacaq. Sizin federasiya futbolun inkişafı üçün xeyli layihələr həyata keçirməkdədir. Bu işlərdə UEFA-nın dəstəyini də unutmamalıyıq. UEFA kütləvi futbolun inkişafı üçün xeyli tədbirlər həyata keçirir. Düşünürəm ki, tez bir zamanda bunun bəhrəsini görəcəyik”.

Mənbə: affa.az