“Azərbaycanda təşkil olunan seminar ən yaxşısıdır”
08.11.2010 - 18:01
“Bu, bizim qrupun iştirak etdiyi 6-cı seminardır. Düşünürəm ki, digərləri ilə müqayisədə Azərbaycanda təşkil olunan seminar ən yaxşısıdır. Bu səbəbdən AFFA-ya minnətdarlığımızı bildiririk”. Apasport.az saytının məlumatına görə, bu fikirləri UEFA-nın Bakıda keçirdiyi seminarda iştirak edən Macarıstan nümayəndə heyətinin rəhbəri Tibor Ozeü deyib.
Qonaq AFFA-nın rəsmi saytına açıqlamasında ölkəsi ilə bura arasında müqayisə aparıb: “Futbolunuzda diqqətimizi çəkən ən başlıca amil aşağı yaş qrupunda yer alan milli komandalarınızda regionlardan futbolçuların olmasıdır. Əlbəttə, bu da regionlarda futbolun inkişafı anlamına gəlir. Bu, kütləvi futbolun inkişafının başlıca nümunəsidir. Macarıstanda kütləvi futbolla əlaqədar layihələr 2007-ci ildən həyata keçirilir. Ölkəmizdə yeniyetmələrlə yanaşı, 60 yaşdan yuxarı veteranlar və əlillər arasında da müxtəlif turnirlər və tədbirlər təşkil olunur. Macarıstanda 15 yaşadək qızlar arasında ölkə çempionatı keçirilir. Bundan başqa, universitetlər arasında da çempionatlar təşkil olunur”.

0
0