Arif Əsədov: Deməzdim ki, qapıçılarımıza göz dəyib
09.11.2010 - 00:03
“Litvalı qapıçımız Pauilis Qribauskasın zədəsi deyəsən ciddidir. Hər halda, ilkin diaqnoz belə deməyə əsas verir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının XII turunda “İnter”lə görüşün ilk hissəsində zədələnən Paulius Qribauskas oyunu davam etdirə bilmədi. Fasilədə Rauf Mehdiyevlə əvəzlənən Litva yığmasının qapıçısı yaşıl meydana tezliklə qayıtmayacaq. Əsədovun sözlərinə görə, ilkin müayinə olsa da, bunun hərtərəfli edilməsinə ehtiyac var: “Hazırda bununla həkimlərimiz məşğul olur. Ancaq hər halda, aparılan müayinə əzələ qırılmasını göstərdi. Bu, diz qapağında iç tərəfdən olub. Belə zədələr bir müddət yaşıl meydandan kənarda qalmaqla nəticələnir. Pauliusun qayıdışının vaxtı sonradan dəqiqləşəcək”.
“Neftçi”nin son iki turda bəxti gətirmir. Bundan əvvəlki turda “Bakı” ilə oyunun ikinci hissəsində Rauf zədələnərək, yerini Pauliusə verdi. İndi isə bu dəyişiklik əksinə oldu. Maraqlıdır, görəsən “Neftçi”nin qapıçıların göz dəyib: “Mən belə deməzdim. Sadəcə, futbolda, idmanda heç kim zədədən sığortalanmayıb. Oyun gərgin mübarizə şəraitində keçdiyindən, futbolçular zədələrini isti-isti hiss etmir, sonradan problemin olması üzə çıxır”.
Əsədov yığmanın Türkiyə ilə oyununda ciddi zədələnən kapitanı Rail Məlikovun da bu il xidmətindən istifadə edəcəyinə ümidini itirmir: “Rail aktiv məşqlərə başlayıb. O, digər futbolçularımız kimi yığmanın təlim-məşq toplanışına yollanıb. Məlikov həkimlər tərəfindən yenə müayinə ediləcək. Qarşıda çətin oyunlarımız olduğundan əsas futbolçularımızdan sayılan Railin xidmətinə ehtiyatımız var”.
Mehman SÜLEYMANOV

0
0