Əyalətə getmə, Rednik!
08.11.2010 - 18:15
Unibank Premyer Liqasının hesabat turu diqqətçəkən məqamlarla yadda qaldı. Təbii ki, II dövrənin startına diqqət böyük idi və XII tur liderlərin xal itkisi ilə müşahidə olundu.
Maraqlısı odur ki, son vaxtlar “Xəzər Lənkəran” uduzanda “Neftçi” heç-heçə edib, xal itirir. Bu, hələ IX turda “Gəncə” – “Xəzər Lənkəran” oyununda belə olmuşdu. Cənublular böyük hesabla uduzduğu görüşdə (1:4) “Neftçi” “Turan”la Tovuzda bərabərliyə qalmışdı – 2:2. Bu dəfə hesablar fərqli olsa da, nəticə eyni oldu.
Son tura sözardımızda oyunlara ayrılıqda nəzər salıb, maraqlı məqamları ortaya qoymağa çalışacağıq.
“Qarabağ” – MOİK – 3:0
“Qarabağ” debütantlar üçün arzuolunmaz rəqibə çevrilib. Ötən mövsüm I diviziondan Premyer Liqaya vəsiqə qazanan “Gəncə” ilə MOİK ağdamlılar tərəfindən eyni hesabla yenildilər. Özü də 0:3 hesablı həmin nəticələr Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alındı. “Qarabağ”ın hücumçuları Georgi Adamiya ilə Rauf Əliyev hər iki görüşdə qol vurmağı bacardı. Adamiya, ümumiyyətlə “hərbçilər”lə hər 2 görüşdə hesabı açdı. İlk turda “Muğan”ı 3:2 hesabı ilə yendikləri oyundan sonra rəqib qapısına yol tapa bilməyən MOİK tərksilah edilib.
“Qəbələ” – “Xəzər Lənkəran” – 1:0
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə əyalətə səfər etmək düşərli deyil. Belə olmasaydı, rumıniyalı mütəxəssis bölgələrimizdə daha çox uduzmazdı. Salyanda “Muğan”la oyunda 2 xal itirən (0:0) Rednik Gəncə və Qəbələdə eyni adlı komandalara uduzdu. O, yalnız autsayder “Simurq”la Zaqataladakı görüşdə qələbəyə sevinib – 2:0. Düzdür, Rednik “Qarabağ”ı da səfərdə yensə də, bu oyun Ağdamda yox, Bakıda olub.
“Muğan” – “Turan” – 0:0
Bu komandaların mövsümdə oyunları adətən eyni nəticələnir. Belə ki, “Muğan” 2008/09 mövsümündə “Turan”la hər iki görüşdə 2:1 hesabı ilə qalib gəldi. Ötən mövsüm isə “Turan” ilkin mərhələdə minimal fərqlə üstün oldu – 3:2 və 1:0. Salyanlılar final mərhələsində də rəqibini yenə bilmədi (1:2 və 0:0). “Muğan”la “Turan”ın cari mövsümdə görüşləri isə bərabərliklə (1:1 və 0:0) nəticələnib. Göründüyü kimi, “Muğan” rəqibinə son 6 oyunda qalib gələ bilmir və bu, artıq il yarımdır davam edir.
“Simurq” – AZAL – 0:1
Tarixinin ən acınacaqlı mövsümünü keçirən “Simurq” uğursuzluq zolağından çıxmaq üçün hansı addımı atsa da, bunun bəhrəsini görmürlər. “İnter”dən icarəyə götürdüyü futbolçuları bu komandaya qarşı oynamadığı üçün qovan zaqatalalılar məkanı da dəyişdirdilər. Belə ki, komanda öz stadionunu qoyub, AZAL-la ev oyununu onun arenasında keçirdi. Ancaq nə faydası... Onsuz da zəif komandanın rəqib meydanında qələbə qazanması daha müşküldür. Sadəcə, “Simurq” cari mövsümdə yeganə qələbəsini “Şəfa”da əldə edib. Yəni, düşərli məkanda növbəti 3 xala ümid edilirdi. Ancaq onu nəzərə almalı idi ki, AZAL-la MOİK-in adlarının hamısı böyük hərflə olsa da, səviyyələri arasında yerlə göy qədər fərq var.
“Gəncə” – “Bakı” – 1:3
“Bakı” nəhayət, şeytanın “qıçını qırdı”. Son 3 oyunda qol vurmadan məğlubiyyətləri sıralayan “zolaqlılar” inamlı səfər qələbəsinə imza atdılar. Son transfer, braziliyalı yarımmüdafiəçi Leandro Roşa 3 dəqiqəyə vurduğu 2 qolla həm qələbəni təmin etdi, həm də ən erkən dublun müəllifi kimi rekordçu oldu. Digər maraqlı məqam odur ki, “Gəncə” güclülər dəstəsinə qayıdandan sonra evdə uduzmamış, “Bakı” isə cari mövsümdə səfərdə qələbə qazanmamışdı. Sonuncu dəfə elitada 4 il öncə “Neftçi”yə 0:5 hesabı ilə uduzan gəncəlilər evdə növbəti zərbəni də bakılılardan aldı. “Bakı” axırıncı dəfə rəqib meydanında ötən çempionatın son turunda “Xəzər Lənkəran”a qalib gəlmişdi – 1:0. Bu tarixi nəticə çempionluğu müəyyənləşdirmiş, yəni lənkəranlıların yox, “İnter”in qızıl medalları qazanmasına səbəb olmuşdu.
“Neftçi” – “İnter” – 1:1
“İnter”in bolqar yarımmüdafiəçisi Petar Zlatinov iddialıların qəniminə çevrilib. Hər halda, bu legioner ölkəmizdə oynadığı 3 ildə qollarını daha çox güclü klublara vurur. Yeni gəldiyi vaxtda ilk qolunu “Bakı”ya vuran Zlatinov bununla da “İnter”in uzun müddət bu rəqibə qalib gələ bilməməklə bağlı tilsimini qırdı. “Bakı” 2007/08 mövsümünün II yarısında məhz 0:1 hesablı bu məğlubiyyətdən sonra özünə gələ bilməyərək, çempionluq yolundan kənarda qaldı. Zlatinov ötən mövsüm “altılıq”da “Xəzər Lənkəran”la ev oyununda penalti zərbəsindən vurduğu qolla yenə 1:0 hesablı vacib qələbə qazandırdı. Lənkəranlılara bu 3 xal itkisi çempionluq bahasına başa gəldi. İndisə Petar “Neftçi”nin qapısına yol tapdı. Düzdür, “Bakı” və “Xəzər Lənkəran”dan fərqli, “ağ-qaralar” məğlubiyyətdən xilas ola bildi. Ancaq hər halda, Zlatinov güclülərə vurduğu qollarla onları vacib xallardan məhrum edir.
Mehman SÜLEYMANOV

0
0