“Gəncə”nin prezidentindən futbolçulara xəbərdarlıq
09.11.2010 - 00:06
“Komanda udar da, uduzar da. Təbii ki, məğlubiyyət bizi üzdü”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Unibank Premyer Liqasının XII turunda “Bakı”ya məğlub olmaqla, yerli fanatlar qarşısında ilk yenilgisini alan “Gəncə” ilk “altılığ”a düşmək işini də çətinləşdirdi. Halbuki oyundan əvvəl əksəriyyət meydan sahiblərinin uğursuz çıxışı ilə yadda qalan paytaxtın eyniadlı komandasını yenəcəyini düşünürdü. Klub rəsmisi məğlubiyyətdə kənar amillərin də təsirini qeyd edib: “Dördüncü dəqiqədə qol vurduq, amma yan xətt hakimi ofsayd qeydə aldı. Rəqibin ikinci qolu vurarkən, Samir Zərgərova qarşı kobudluq olmuşdu. Bundan sonra uşaqlar ruhdan düşdülər”.
Doğma meydanda məğlubiyyətdən sonra azarkeşlər komandanın baş məşqçisi Fuad İsmayılovu istefaya səsləyirdilər. Ancaq klub baş məşqçi məsələsində bir müddət əvvəl açıqladığı mövqeyində qalıb: “Baş məşqçi ilə hələlik yollarımızı ayırmağı düşünmürük”.
Oyunsonrası keçirilən mətbuat konfransında ehtiyat oyunçular skamyasının azlığından şikayətlənən baş məşqçi buna görə, oyunçu əvəz edə bilmədiyini deyib. Elə klub rəhbərliyi də qışda müəyyən dəyişikliyin ediləcəyini bildirib: “Baş məşqçi hücum xəttini gücləndirmək üçün belə deyirdi. Qışda transferlər olacaq. Axtarışlara başlamışıq. Komandada dəyişiklik etməyi düşünürük. Yəqin ki, gələnlərlə yanaşı, gedənlər də olacaq”.
Tahir Məmmədov

0
0