Elnur Allahverdiyev “Qəbələ” azarkeşlərindən üzr istədi
09.11.2010 - 00:01
“Göydə Allah var, birinci onlar məni söydü”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.
Unibank Premyer Liqasının XII turunda cənub təmsilçisinin Qəbələdə eyni adlı komandaya 0:1 hesabı ilə uduzduğu qarşılaşmanın gedişində yerli azarkeşlərlə Allahverdiyev arasında narazılıq yarandı. Hətta vəziyyət o həddə çatdı ki, futbolçu azarkeşləri söyməkdən çəkinmədi. Amma meydanda hirsli olduğunu vurğulayan Abdullayev səhvini etiraf etməklə yanaşı, günahı azarkeşlərdə görür: “Mən dəli deyiləm ki, durduğum yerdə kimisə söyəm. Allaha and olsun, öncə yerli azarkeşlərdən biri məni təhqir etdi. Mən də özümə görə oğlanam. Meydana mübarizə aparmaq üçün çıxmışdım. Nalayiq sözlərlə məni o həddə çatdırdılar ki, hətta oyunu yarımçıq tərk etmək istəyirdim. Lakin səbir edib, sonacan oynadım”.
Abdullayevin fikrincə, kimsə bu işi bilərəkdən edib: “Məncə, həmin azarkeşlərdən biri mənim xasiyyətimə yaxşı bələddir. Bilirlər ki, kobud oynamaqdan çəkinmirəm, tez hirslənirəm. Onlar da bundan istifadə edib, söyməyə başladılar. Fikirləri o idi ki, mən qırmızı vərəqə alım. Yenə deyirəm, Allaha and olsun ki, birinci onlar söydü və mən cavablarını vermişəm. Hər halda, etdiyim hərəkətə görə, qəbələli azarkeşlərdən üzr istəyirəm”.

0
0