Rəşad Sadıqov: Semih ayağımın üstünə düşəndə, dizim burxuldu - MÜSAHİBƏ
09.11.2010 - 00:13
Türkiyənin “Əskişəhərspor” klubunun müdafiəçisi, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- “Fənərbaxça” ilə oyunda aldığınız zədə səbəbindən probleminiz yaranıb. Vəziyyət nə yerdədir?
- Rəqib hücumçu Semih Şəntürkə mübarizə zamanı zədələndim. O, ayağıma düşdü və dizim burxuldu. Həmin anda səs eşitdim. Həkimlər baxdılar və dedilər ki, 5 dəqiqə oyna, görək necə olur. İlk hissədən sonra məni əvəzləməyi təklif etdilər. Razılaşmadım, dedim ki oynayacağam. İndi zədəmi müalicə edirəm.
- Müalicə nə qədər davam edəcək?
- Deyilənə görə, 2 həftə tam müalicə olunmalıyam. Baxaq görək, müalicənin gedişi necə olacaq.
- Belə çıxır ki, milimizin Çernoqoriya ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşündə oynamayacaqsınız?
- Yığmaya gəlməyi çox istərdim. Ancaq görək müalicə necə gedəcək. Bundan çox şey asılıdır.
- Çernoqoriya ilə oyuna təxminən 1 həftə qalıb. Siz isə 2 həftə müalicə olunmalısınız...
- Orası elədir. Ən azı 4-5 gün məşq etməyəcəyəm. Ancaq yığmanın oyununda iştirak etmək istəyim böyükdür.
- Zədə ilə bağlı yığmaya məlumat vermisiniz?
- Bəli, yığmamızın həkimi ilə danışmışam. Rentgen sənədini ona göndərəcəyəm. Baxıb, öz fikrini bildirsin.
- Ola bilərmi ki, oynamasanız da, yığmanın düşərgəsinə gələsiniz? Hər halda, noyabrın 17-si FİFA-nın “pəncərəsi”ndə nəzərdə tutulub və klublar yoldaşlıq görüşünə 48 saat qalmış futbolçunu yığmaya buraxmalıdır...
- Oynamasam, yığmanın düşərgəsində gəlməyəcəm. Çünki burada həkim nəzarətində olmalıyam.
- “Fənərbaxça” ilə oyun sizdə necə təəssürat oyatdı?
- İlk dəfə deyil ki “Şükrü Saracoğlu” stadionunda oynayırdım. Ancaq oyun istədiyimiz kimi alınmadı. Biz başqa cür planlaşdırırdıq. İstədiyimiz oyunu göstərə bilmədik. “Fənərbaxça” da əlinə düşən qol imkanlarını reallaşdırdı və 4:2 hesabı ilə qalib gəldi.
- “Əskişəhərspor”a 2 qol vuran Semihlə indiyədək bir neçə dəfə meydanda görüşmüsünüz. Hətta Bakıdakı oyundan sonra formanızı dəyişdiniz...
- Elədir. Semihlə görüşdük. Onunla mübarizədən sonra aldığım zədə oyun epizodu idi. Semih çox sevdiyim futbolçudur və buna görə də ona böyük hörmətim var.
Mehman SÜLEYMANOV

0
0