İbrahimoviç komanda yoldaşını yumruqladı
09.11.2010 - 00:19
“Milan”ın düşərgəsində xoşagəlməz hadisə baş verib. Apasport.az saytının xəbərinə görə, A seriyasının XI turu çərçivəsində "Bari" ilə qarşılaşmadan əvvəl keçirilən məşqdə "qara-qırmızılar"ın futbolçuları arasında dava düşüb.
Əlbəyaxa çıxanlar isə Zlatan İbrahimoviçlə Oquçi Onyevu olub. İsveçli futbolçunun topu kobudluqla alması Oquçinin xoşuna gəlməyib və o, "İbra"nın boynunu sıxmağa başlayıb. Zlatanın yumruqla cavab verməsi odun üstünə yanacaq olub. Futbolçular çox çalışsalar da, yoldaşlarını sakitləşdirə bilməyiblər.
Baş məşqçi Massimiliano Alleqri vəziyyətdən çıxış yolunu məşqi dayandırmaqda görüb. Klub rəhbərliyinin iclasından sonra futbolçuların ciddi şəkildə cəzalandırılacaqları bildirilir.

0
0