Aleks “Fənərbaxça”dan ayrılır
09.11.2010 - 00:31
Mövsümün sonunda "Fənərbaxça" ilə müqavilə müddəti bitən braziliyalı futbolçu Aleks De Souzaya ilk rəsmi təklif gəlib. Apasport.az saytının xəbərinə görə, təklif Aleksin keçmiş klubu "Palmeyras" tərəfindən edilib.
Braziliya klubunun futbol direktoru Vladimir Peskarmonanın açıqlamasında görə, Aleksi hər zaman komandada görmək istəyirlər: "Aleks çox istedadlı oyunçudu. Biz bu cür oyunçunu hər zaman komandamızda görməkdən məmnun olarıq. Lakin "Fənərbaxça"nın onunla yeni müqavilə bağlamaq istədiyini bilirik. Eyni zamanda orda aldığı məbləğ də yüksəkdi. Onun "Palmeyras"a gəlməsi yuxu kimi görünsə də, reklam gəlirlərinin köməyilə onun maaşını ödəyə bilərik".
Aleks isə verdiyi açıqlamada ilkin seçiminin "Fənərbaxça" olacağını, lakin "Palmeyras"ın təklifinə də hörmətlə yanaşdığını bildirmişdi.
Xatırladaq ki" Aleks De Souza 1997-2001-ci illərdə forma geydiyi "Palmeyras"da 141 oyunda 78 qol vurub.

0
0